İyun 25, 2025-13:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Gələn həftə Bakıda kənd təsərrüfatı və qida sərgiləri keçiriləcək

2025:05:06 - 11:15
in İQTİSADİYYAT
A A

Bu ilin mayın 13-16-də Xəzər regionunun ən böyük 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri Bakı Ekspo Mərkəzində keçiriləcək.

“Report” xəbər verir ki, bunu sərgiyə həsr edilmiş mətbuat konfransında “Caspian Event Organizers” in nümayəndəsi Bəhruz Hidayətzadə deyib.

Onun sözlərinə görə, hazırda “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət iştirakı təsdiq edilib: “Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhatə edəcək. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri Lanka və ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində iştirak edəcəklər”.

O əlavə edib ki, iştirakçı və ziyarətçilərin istəklərini nəzərə alınaraq bu il sərgilər 4 gün ərzində təşkil ediləcək: “Təşkilatçılar ümid edirlər ki, bu, sərgi iştirakçıları və ziyarətçiləri arasında qarşılıqlı əlaqə üçün yeni imkanlar yaradacaq və əlavə impuls verəcək”.

B. Hidayətzadə qeyd edib ki, sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir: “Bu illər ərzində sərgilər, etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olub. Bu il “InterFood Azerbaijan” sərgisi 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3 000-dən çox şirkət və 150 000-dən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusu qazanıb. Sərgidə təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayesinin inkişafına və bizneslərin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda, “InterFood Azerbaijan” sərgisi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun möhkəmləndirilməsində vacib rol oynayır”.

Əvvəlki Yazı

Belarusun Baş naziri Fəxri xiyabanı ziyarət edib

Növbəti Yazı

Həftəsonu 7 mindən çox şəxs üçün imtahan keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.