Avqust 2, 2025-8:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gələn il Qazaxıstanda Azərbaycan Mədəniyyət günləri keçiriləcək

2023:12:04 - 17:27
in MƏDƏNİYYƏT
A A
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayeva ilə görüşüb.

Bu barədə “Report”a QMİ-nin Mətbuat Xidmətindən bildirilib.

Görüşdə şeyxülislam A.Paşazadə Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edib, həmçinin ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb.

Əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub. Bildirilib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanların açıldığı bir dövrdə ortaq dini-mədəni dəyərlərin, türk-İslam irsinin, tarixi, milli ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi yönündə səylər artırılır.

Nazir Aida Balayeva iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O bildirib ki, ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanlar mövcuddur.

Nazir bu il Qazaxıstanın Azərbaycanda Mədəniyyət günlərinin keçirildiyini, gələn il Azərbaycanın Qazaxıstanda Mədəniyyət günlərinin keçiriləcəyindən bəhs edib.

Dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin qardaş ölkələr arasında əlaqələrin inkişafına böyük təkan verdiyini vurğulayan A.Paşazadə öz növbəsində, Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının katibliyinin üzvü olaraq 20 illik tarixə malik Astana qurultaylarında mütəmadi iştirakından danışıb, üzvü olduğu TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısının gələn il Qazaxıstanda keçiriləcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qəbulda Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, komitə sədrləri və deputatlar, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.

Əvvəlki Yazı

“Azərbaycan Sənaye Korporasiyası”nın iki şirkətinin nizamnamə kapitalı artırılıb

Növbəti Yazı

Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişi gələn il hazır ola bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.