Tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən bütün sifarişçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sisteminə qoşulmalıdır.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.Fərmana əsasən, İqtisadiyyat Nazirliyi tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən bütün sifarişçilərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sisteminə qoşulmasını 2024-cü il iyulun 1-dək təmin etməlidir.