Sentyabrın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gənc kamança ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyevanın “Ruhun qidası” adlı konsert proqramı rellaşacaq. Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert zamanı fortepianoda kamança ifaçısını Nərmin Rzayevanın müşayiət etməsi nəzərdə tutulub.Gənc ifaçılar Üzeyir Hacıbəyli, Sevda İbrahimova, Bela Bartok, List, Şopen, Bethoven, Bela Kovacs kimi bəstəkarların əsərlərini ifa edəcəklər.