Avqust 20, 2025-9:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gəncə Dövlət Universiteti ilə Türkiyənin Qafqaz Universiteti arasında akademik əməkdaşlıq müqaviləsi imzalanıb

2024:01:25 - 13:12
in SOSİAL
A A

Türkiyənin Qafqaz Universitetinin rektoru Hüsnü Kapunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibovanın müşayiəti ilə Gəncə Dövlət Universitetində (GDU) olub və ali təhsil ocağının rektoru Yusif Yusibovla görüşüblər.

Görüşdə GDU-nun Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov və İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov da iştirak ediblər.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Y.Yusibov ali təhsil ocağının tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri, eləcə də Türkiyənin bir neçə nüfuzlu universiteti ilə əməkdaşlıq əlaqələri haqqında danışıb. Bildirib ki, İzmir Dokuz Eylül Universiteti ilə imzalanmış müqaviləyə uyğun olaraq ikili diplom proqramı uğurla davam edir.

Hüsnü Kapu rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və kadr hazırlığı üzrə aparılan işlərdən danışıb.

Söhbət zamanı hər iki universitet arasında akademik mübadilə və əməkdaşlıq məsələləri müzakirə edilib.

Daha sonra birgə akademik əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə tələbələrin, akademik və inzibati heyətin, nəşrlərin və digər materialların qarşılıqlı mübadiləsi, birgə seminar, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi öz əksini tapıb.

Əvvəlki Yazı

İmişlidə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 nəfər saxlanılıb

Növbəti Yazı

Azad Mirzəcanzadə İnkişaf Proqramının ikinci mərhələsinin icrasına başlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.