Sentyabr 3, 2025-19:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gəncədə “Azərbaycanın milli parklarının tanıtımı” tədbiri keçiriləcək

2024:09:30 - 12:44
in MƏDƏNİYYƏT
A A

Bu gün Gəncə şəhərinin Filarmoniya bağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” tədbiri keçiriləcək.

ETSN-nin mətbuat katibi İradə İbrahimova “Report”a bildirib ki, “Biomüxtəliflik-təbiətin harmoniyası” devizi altında bu dəfə Gəncədə baş tutacaq tədbirdə ölkədə fəaliyyət göstərən 10 milli parkın hər birinin özünəməxsusluğunu əks etdirən stendlər yer alacaq, milli parklara aid videoçarxlar, ekoturizm marşrutları nümayiş etdiriləcək.

Onun sözlərinə görə, digər tədbirlərdə olduğu kimi, bu tədbir çərçivəsində də canlı ifalar və milli rəqslər yer alacaq, gənc rəssamlar milli parklara aid rəsmlər çəkəcək, iştirakçılar arasında ekoviktorina təşkil olunacaq: “Milli parkların tanıtımı ilə bağlı əvvəlki tədbirlərimiz iştirakçı marağına səbəb olduğundan növbəti tədbirin Gəncədə təşkilinə qərar verdik. Düşünürük ki, bu cür tədbirlərdə ziyarətçilər ölkəmizdəki milli parkların ekosistemi ilə yaxından tanış olmaq imkanı qazanır”.

Nazirlik sözçüsü ekoturizm həvəskarlarını milli parkların stendləri ilə yaxından tanış olmağa və onların hər biri haqqında maraqlı məlumatlar əldə edərək gələcəkdə asudə vaxtlarını milli parklarda səmərəli keçirmək üçün bu seçim fürsətini dəyərləndirməyə çağırıb: “Bu tədbir həm də milli parklarımızı daha yaxından tanımağa və tanıtdırmağa yaradılan bir fürsətdir. Hər birinizi Sizlər üçün təşkil edilən bu tanıtım fürsətindən yararlanmağa çağırırıq”.

Əvvəlki Yazı

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib

Növbəti Yazı

VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.