Avqust 25, 2025-12:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gəncədə qurumuş və qəzalı ağacların inventarlaşdırılmasına başlanılıb

2025:08:15 - 10:40
in SOSİAL
A A

Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq çərçivəsində mövcud yaşıllıqların mühafizəsi və qiymətləndirilməsi məqsədilə küçə, prospekt və parklarda quru, qəzalı, o cümlədən xəstəliyə yoluxmuş ağacların mərhələli şəkildə əvəzlənməsinə başlanılır.

“Report”un Qərb bürosunun məlumatına görə, götürülən ağacların yerinə mövsümdə – sentyabr ayında iqlim və torpaq şəraitinə uyğun yeni ağaclar əkiləcək.

Qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən şəhər ərazisində monitorinqlər aparılıb. Belə ki, 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı və nömrələnməsi işlərinə başlanılıb.

İnventarlaşdırılmış ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatları ictimaiyyət www.agac.az səhifəsindən izləyə biləcək.

Qeyd edək ki, qurumuş və qəzalı ağacların götürülməsi və yerinə yeni ağacların əkilməsi işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.

Əvvəlki Yazı

Hirkan Milli Parkında yanğın təhlükəsizliyinə dair nəzəri-praktik tədbir keçirilib

Növbəti Yazı

Xocalının Xanyurdu və Ballıca kənd sakinlərindən torpaq icarəsi üçün müraciət qəbulu davam edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.