Avqust 11, 2025-8:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gəncədə rus dilinin öyrənilməsi üzrə resurs mərkəzi açılıb

2023:12:19 - 10:22
in SOSİAL
A A

Bakıdakı Rus evi Gəncədə rus dilinin öyrənilməsi üzrə üçüncü resurs mərkəzini açıb. Mərkəz Gəncə və Azərbaycanın Qərb regionu üzrə Rus İcmasının nümayəndəliyinin bazasında fəaliyyət göstərəcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin müşavir-elçisi Pyotr Volokovıx, Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, “Azərbaycanda rus dili və ədəbiyyat” jurnalının baş redaktoru Flora Nacı, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, Rusiya və Sovet Ali Məktəblərinin Məzunları Assosiasiyasının sədri Üzeyir Əliyev, Azərbaycanın Rus İcması yanında Gəncə və Qərb regionu üzrə Rus İcmasının nümayəndəliyinin rəhbəri Dmitri Kozin, ali təhsil müəssisələri və məktəblərin müəllimləri, şagirdlər və tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində rus dili və ədəbiyyat müəllimləri üçün seminar keçirilib. Rus dili və ədəbiyyatının tədrisinin təkmilləşdirilməsində oyun texnologiyaları məsələləri, şagirdlərin intellektual səviyyəsinin inkişafında müasir rus ədəbiyyatının rolu, Rusiya-Azərbaycan mədəniyyət dialoqu kontekstində rus ədəbiyyatının Azərbaycan dilinə bədii tərcüməsi müzakirə olunub.

Flora Nacı Azərbaycanda rus dilinin tədrisində jurnalın rolu haqqında məruzə ilə çıxış edib, Gəncə Dövlət Universitetinin Rus dili kafedrasının dosenti Sevda Əliyeva məşhur Azərbaycan yazıçısı Mirzə Şəfi Vazehin rus dilinə tərcümə edilmiş əsərlərindən parçalar oxuyub. Lyubov Yakunina seminarın nəticələrinə yekun vurub.

Tələbələr və məktəblilər “Coğrafi imla” beynəlxalq maarifləndirmə aksiyasının sertifikatları ilə təltif olunub.

Bundan əvvəl, “Rossotrudniçestvo”nun xaricdə rus dilində əlavə təhsil sisteminin dəstəklənməsi üzrə miqyaslı layihəsi çərçivəsində Xaçmazda və Sumqayıtda müasir tədris mebeli və ədəbiyyatı ilə təchiz olunmuş tədris resurs mərkəzləri işə başlayıb.

Əvvəlki Yazı

“Azəralüminium” MMC tərəfindən ATU-nun tələbələri üçün xüsusi təqaüd təsis edilib

Növbəti Yazı

Bakıda çoxmərtəbəli yaşayış binasında başlayan yanğın söndürülüb -YENİLƏNİB-2

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.