May 11, 2025-10:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gəncədə şəhid övladları üçün yay məktəbi təşkil olunub

2024:07:23 - 13:00
in SOSİAL
A A

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə Regional filialının tərəfdaşlığı ilə yay məktəbi təşkil olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dörd gün davam edən yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.Yay məktəbinin ilk günündə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın bizlərə yadigar qalmış övladları Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovla birlikdə Şəhidlər xiyabanına gələrək burda uyuyan qəhrəman Vətən övladlarının məzarlarına gül dəstələri düzüblər.İyulun 17-də start götürən yay məktəbinin iştirakçıları hər gün baş tutan təlimlərdə iştirak ediblər. Həmçinin uşaqların vaxtının səmərəli keçirilməsi üçün müxtəlif əyləncəli oyunlar keçirilib, cizgi filmləri izləyiblər.Şəhidlərin bizlərə əmanəti olan övladları Heydər Əliyev Mərkəzində olub, dahi şəxsiyyətin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotolar, şəxsi əşyalar haqqında ətraflı məlumat alıb, dahi şəxsiyyətin əvəzsiz ömür yolundan bəhs edən filmə tamaşa ediblər.İştirakçılar dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi və muzeyində, Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilən Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzey Kompleksində, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyində, “Butulkalı ev”də olub, Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar. Həmçinin Göygölə və Hacıkəndə ekskursiya uşaqlarda böyük maraq yaradıb.Qeyd edək ki, iyulun 17-də start götürən yay məktəbi 20-də başa çatıb.

Əvvəlki Yazı

Xırdalanda çoxmərtəbəli binanın pəncərəsindən atıldığı bildirilən qadın ölüb

Növbəti Yazı

Azərbaycan XİN Misiri Milli Günü münasibətilə təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.