Sentyabr 13, 2025-10:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib

2024:07:17 - 17:41
in SİYASƏT
A A

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə Gəncə şəhərində seçki hüququna dair müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda MSK-nın üzvləri Fuad Cavadov və İlkin Şahbazov çıxış ediblər.Fuad Cavadov seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri, həmçinin şikayətlərin araşdırılması prinsipləri barədə məlumat verib.Sonra çıxış edən İlkin Şahbazov seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılmasından və ekspert qruplarının fəaliyyətinin əsaslarından danışıb.Əyani vəsaitlərdən də istifadə edilməklə keçirilən təqdimatlarla iştirakçılar mövzularla bağlı ətraflı məlumatlandırılıb.Çıxışlardan sonra seminar seçki qanunvericiliyi, müraciət və şikayətlər, o cümlədən ekspert fəaliyyəti ilə bağlı fərqli kazuslar üzrə praktik məşğələlərlə işini davam etdirib və iştirakçılar üçün sınaq testi keçirilib. Tədbir zamanı dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinə MSK tərəfindən hazırlanan və onlara yardımçı olacaq yaddaş kitabçası da paylanılıb.Seminarda bildirilib ki, genişmiqyaslı maarifləndirmə layihəsi kimi gerçəkləşdirilən seminarların məqsədi qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatlılığının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsidir.Gündəliyə uyğun olaraq tədbirin sonunda mövzular ətrafında müzakirələr aparılıb və dairə seçki komissiyalarının ekspertlərini maraqlandıran suallar cavablandırılıb.

Əvvəlki Yazı

Tarixi qurultay – Bakı müstəmləkəçiliyə qarşı lokomotivə çevrilir – ŞƏRH

Növbəti Yazı

Hərbi Prokurorluqda kollegiya iclası keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.