Gəncədə səhvən sirkə turşusu içən 30 yaşlı kişi xəstəxanada ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, oktyabr ayının 20-də səhvən su əvəzinə sirkə turşusu içərək zəhərlənən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Fəxrəddin Əkbərov Bakıda yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə ölüb.Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.