Avqust 7, 2025-7:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gənc alimlər 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

2024:01:19 - 16:40
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbiri keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutunun Təhsil, informasiya və əlaqələr şöbəsinin müdiri Xəlilzadə Vüsalə 1990-cı ilin 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında şanlı səhifə kimi yaşayacağını söyləyib. Bildirib ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının qəhramanlıq salnaməsidir. Bu qanlı hadisələr sovet rəhbərliyinin xalqımızın haqq səsini susdurmaq üçün planlı şəkildə həyata keçirdiyi qanlı cinayət idi. Müasir silahlarla təchiz edilən, tərkibində erməni zabitlərinin də olduğu sovet ordu birləşmələri dinc, əliyalın əhaliyə, insanlara amansız divan tutaraq Azərbaycan xalqının azadlıq hərəkatını boğmağa çalışıb.

Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Bayramova 20 yanvar tarixində Azərbaycanın azadlığı arzusu ilə mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs edib. Bildirib ki, xalqımız əldə etdiyi müstəqilliyi insanların qanı bahasına başa gəldiyini unutmamalı, gələcək nəsillərə çatdırmalıdır.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Fəridə Əliyeva və şuranın üzvü Aygün Behbudova 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən söz açıblar. Əminliklə vurğulanıb ki, xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri heç vaxt unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıq əməlləri daim anılacaq.

Əvvəlki Yazı

Pedaqoji Universitetdə 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa təşkil edilib

Növbəti Yazı

20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.