Sentyabr 6, 2025-23:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında “Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası hazırlanıb

2025:09:02 - 13:04
in MƏDƏNİYYƏT
A A

Bu il dünyaşöhrətli kimyaçı-alim, Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də alimin anadan olmasının 120 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikin mənalı ömür yolundan və fədakar elmi, ictimai fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında Yusif Məmmədəliyevin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlarla yanaşı, “Dünya elminə töhfələr verən alim”, “Dünya şöhrətli kimyaçı alim”, “Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz” kimi məqalələrin tam mətni təqdim edilir.

Elektron bazada görkəmli alimin müəllifi, redaktoru olduğu, Azərbaycan və rus dillərində nəşr edilən kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Bədii ədəbiyyatda”, “Xatirəsənin əbədiləşdirilməsi”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında Yusif Məmmədəliyevin Azərbaycan Milli Elmlər Akademiyasında rəhbərliyi dövründə bu elm mərkəzində təşkil olunmuş institutlar və akademikin dövlət və ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat təqdim edilir.

“Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Əvvəlki Yazı

Şəkidə evə basqın edən maskalı şəxslər tutulublar

Növbəti Yazı

Astanada ilk dəfə “Silk Way Star” Asiya vokal müsabiqəsi keçirilir 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.