İyun 23, 2025-14:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında “Kəlbəcər Şəhəri Günü” ilə əlaqədar silsilə materiallar hazırlanıb

2023:11:24 - 15:23
in MƏDƏNİYYƏT
A A

25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar – virtual kitab sərgisi, videomaterial və internet resursları bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materiallarda Kəlbəcər rayonunun yaranma tarixi, gözəl təbiəti, əlverişli relyefi, ən qədim insan məskənlərindən biri olması, ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirlərinin mövcudluğu haqqında məlumat verilir.

Materiallarda Kəlbəcər ərazisində yerləşən faydalı qazıntılar, qızıl, xrom yataqları, civə ehtiyatları, füsunkar təbiətinin ayrılmaz tərkib hissələri olan Alagöllər, Qaragöl, Zalxa gölü, Keşdək, Qarasu, Mozçay kimi mineral yataqları, İstisu mineral su bulağı və onu yaranma tarixi haqqında məlumatlar təqdim edilir. Virtual sərgidə Azərbaycanın əzəli torpağı olan Kəlbəcər şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması tarixi faktlar və görüntülər ilə qeyd edilir. Materiallarda Kəlbəcər rayonunda aparılan yenidənqurma işləri, Zəfər və İşğal muzeylərinin yaradılacağı haqqında məlumatlar təqdim edilir.

Virtual kitab sərgisində Prezident İlham Əliyevin şəhər günlərinin təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Vətən müharibəsinə gedən yol”, “44 günlük əfsanəvi hərb tariximiz”, “Yolumuz Zəfər yoludur”, “Qanı ilə Zəfər yazanlar”, “Yol gedirmi Kəlbəcərə?”, “Kəlbəcərin tanınmış adamları” kimi 20-dən çox kitabın, “Quruculuğun Kəlbəcər təntənəsi”, “Azad torpaqlarımız: Hüsnu əcər Kəlbəcər” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

“Kəlbəcər Şəhəri Günü” ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Kəlbəcər şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

Əvvəlki Yazı

Soltanlı kəndinin sakini: Evlərimizin tikilməsinə başlandığı üçün çox xoşbəxtik

Növbəti Yazı

“UNEC tələbələri üçün növbəti dəfə mentorluq proqramı təşkil edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.