İyun 15, 2025-12:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş materiallar hazırlanıb

2024:01:31 - 14:30
in MƏDƏNİYYƏT
A A

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin140 illiyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın mətni, dövlət xadiminin həyat və fəaliyyətinin əsas tarixləri, Şərqdə ilk demokratik Respublikanın qurulması naminə göstərdiyi xidmətlərlə yanaşı, ədəbi yaradıcılığı, müəllifi olduğu əsərlər haqqında da geniş məlumat verilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda publisistin Azərbaycan, hürriyyət və istiqlal haqqında söylədiyi fikirlər, səs yazıları, foto və videogörüntüləri də yer alır. Biblioqrafik icmalda Rəsulzadənin müəllifi olduğu “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, “Azərbaycan şairi Nizami”, “Qafqaz xatirələri”, “Əsrimizin Siyavuşu”, “Azərbaycan mübarizə yolunda”, “Bakı və Azərbaycan tarixinə dair əsərlər” kimi 20-dən və haqqında Azərbaycan, türk, rus və ingilis dillərində qələmə alınan “Rəsulzadə xatirələri”, “Mühacirlərin mirası”, “Son nəfəsədək Azərbaycan”, “Cümhuriyyət qurucuları”, “Uzaqdakı yaxınlar” kimi 30-a yaxın kitabın annotasiyası və biblioqrafik təsviri təqdim edilir.

Hazırlanan materiallar kitabxananın rəsmi saytında (https://ryl.az/funds/biblioqrafik-gosterici) yerləşdirilib.

Əvvəlki Yazı

İsrailin Qəzza zolağına endirdiyi zərbələrin qurbanlarının sayı 27 minə yaxınlaşıb.

Növbəti Yazı

DSX-nin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu elan edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.