Sentyabr 11, 2025-4:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında Məhəmməd Füzulinin 530 illiyi münasibətilə sərgi hazırlanıb

2024:07:17 - 11:48
in MƏDƏNİYYƏT
A A

Bu il Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkarın ədəbi irsinin təbliği məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında virtual kitab sərgisi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə ədibin həyat və yaradıcılığına, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlərə, özünün müəllifi olduğu müdrik kəlamlara geniş yer verilib.Virtual kitab sərgisində ədibin qəzəlləri, poemaları, Azərbaycan, ərəb və fars dillərində qələmə aldığı ədəbiyyat nümunələri haqqında geniş məlumat verilib, müəllifi olduğu “Leyli və Məcnun”, “Bəngu – badə”, “Rind və Zahid”, “Hədiqətus-süadə”, “Şikayətnamə”, “Söhbətül-əsmar” kimi əsərlərin və onun haqqında nəşr edilən “Klassiklər yenə də klassiklər”, “Füzuli qəzəllərinə təxmislər”, “Məhəmməd Füzulinin mətləul-etiqad əsərinin şərhi”, “Eşq sultanı”, “Şəbi-hicran” kimi 20-dən çox kitabın qısa annotasiyası təqdim olunub.Sərgi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mehemmed-fuzuli-530 yerləşdirilib.Kitabxanada, həmçinin “Məhəmməd Füzuli – 530” adlı ənənəvi sərgi də təşkil edilib. Sərgidə Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli – 530” adlı biblioqrafik bülleten nümayiş olunur.

Əvvəlki Yazı

YAP Vasif Talıbov və İsa Həbibbəylinin deputatlığa namizədliyini irəli sürməyib

Növbəti Yazı

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun namizədliyi irəli sürülməyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.