Avqust 17, 2025-3:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında Milli Teatr Günü münasibətilə virtual və ənənəvi sərgi

2024:03:11 - 12:00
in MƏDƏNİYYƏT
A A

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 10 Mart – Milli Teatr Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi təqdim edib.

AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə xalqımızın böyük mədəni nailiyyəti olan peşəkar milli teatrın yaranması və inkişafı mərhələləri haqqında məlumatlar, Ümummilli Lider Heydər Əliyevin teatr sənəti haqqında söylədiyi dəyərli fikirlər, Azərbaycan peşəkar milli teatr gününün qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın mətni təqdim olunur.

Virtual kitab sərgisində Azərbaycanda fəaliyyət göstərən teatrlar haqqında məlumat verilir, korifey sənətkarların və teatr tamaşalarının foto və videogörüntüləri yer alır. İcmalda “Heydər Əliyev: Sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Teatr, zaman və məkan”, “Azərbaycan teatrının estetik prinsipləri”, “Ərəblinski teatrı”, “Dahiliyin sehri”, “Azərbaycan teatr antologiyası”, “Azərbaycan teatr tarixi” kimi 30-dan çox kitabın biblioqrafik təsviri və annotasiyası təqdim edilir.

Gənclər Kitabxanasında “Milli Teatr Günü” adlı ənənəvi kitab sərgisi də təşkil olunub. Burada Azərbaycan teatr sənətinin tarixindən, görkəmli nümayəndələri-korifey sənətkarların həyat və yaradıcılığından bəhs edilən kitablar, dərsliklər, kitabxana əməkdaşları tərəfindən Milli Teatr Günü ilə əlaqədar hazırlanan biblioqrafik icmal sərgilənir.

Milli Teatr Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

Əvvəlki Yazı

Yusif Abdullayev: “Azərbaycanla Cənubi Koreyanın ticarət dövriyyəsinin artması üçün imkanlar var”

Növbəti Yazı

Çin Xarici İşlər Nazirliyi: AUKUS çərçivəsində əməkdaşlığın genişləndirilməsi regional təhlükəsizliyə təhdid yaradır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.