İyul 27, 2025-13:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb

2025:07:14 - 15:01
in MƏDƏNİYYƏT
A A

Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, “Tovuz döyüşləri – Zəfərə gedən yolun başlanğıcı” adlı virtual kitab sərgisində bir sıra rəsmi sənədlərin, şəhid olmuş igid Azərbaycan oğullarının hərbi xidməti, keçdikləri döyüş yolu haqqında qələmə alınmış kitab və dövrü mətbuat nümunələrinin tam mətni təqdim edilib. Virtual sərgidə “Tovuz döyüşləri-iyul şəhidləri”, “Vətən uğrunda”, “Polad ömrü”, “Əfsanəvi general”, “Akula ləqəbli kəşfiyyatçı”, “Möhtəşəm zəfərin nişanəsi” kimi 10-dan çox kitabın və “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”, “525-ci qəzet”, “İki sahil”, “Səs” kimi mətbu nəşrlərdə yer alan “Tovuz döyüşləri – Zəfərin başlanğıc məqamı”, “Tovuz döyüşləri: Qəhrəmanlıq salnaməmiz…”, “Tovuz döyüşləri qələbəmizin təməli oldu” kimi məqalələr sərgilənib.

“Zəfər salnaməsinin şanlı səhifəsi – Tovuz döyüşləri” adlı məlumat bülletenində şanlı Qələbəyə gedən yolun başlanğıcında duran, adını Azərbaycanın Zəfər salnaməsinə qızıl hərflərlə yazan Tovuz döyüşlərinin iştirakçıları haqqında toplanmış ətraflı məlumat, onların həyat və döyüş yolundan bəhs edən kitab və məqalələrin siyahısı təqdim edilib.

Materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

 

Əvvəlki Yazı

“Bulvarda kino axşamı” adlı yeni layihəyə start verilir

Növbəti Yazı

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.