Avqust 20, 2025-13:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb

2025:08:12 - 12:58
in MƏDƏNİYYƏT
A A

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş silsilə materiallar – videomaterial, ənənəvi və virtual kitab sərgiləri hazırlanıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, videomaterialda Elçinin həyat və bədii yaradıcılığına, elmi fəaliyyətinə, geniş yer verilir, dolğun məlumatlar təqdim olunur. Materialda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin, professor Mir Cəlal Paşayevin, Xalq yazıçısı Anarın, akademik Nizami Cəfərovun görkəmli ədib haqqında söylədikləri dəyərli fikirlər yer alır. Videoçarxda Elçinin “Tənqid və nəsr”, “Üzeyir Hacıbəylinin publisistikası”, “Ədəbiyyatda tarix və müasirlik problemi” kimi elmi monoqrafiyaları haqqında məlumatlar əks olunur. Görkəmli ədibin səhnə əsərlərinin həm ölkə, həm də xarici teatrların repertuarında sərgilənməsi və Azərbaycan mədəniyyətinin, dramaturgiyasının yüksək səviyyədə təmsil olunması haqqında məlumat verilir. Materialda Elçin Əfəndiyevin yerli və xarici görüşlərdə, səfərlərdə çəkilən foto və video görüntüləri də sərgilənir. Material kitabxananın rəsmi saytında.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Elçinin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, ədib haqqında qələmə alınan “Xalq yazıçısı Elçin”, “Elçinlə ədəbiyyat söhbəti”, “Xalq yazıçısı Elçinin dramaturgiyası”, “Elçin haqqında düşüncələrim”, həmçinin özünün müəllifi olduğu “Daha dərin qatlara”, “Baş”, “Ağ dəvə”, “Mahmud və Məryəm” kimi Azərbaycan, türk və rus dillərində çap edilən kitabların biblioqrafik təsviri yer alır. Virtual sərgidə Elçin Əfəndiyevin yalnız yazıçı kimi deyil, həmçinin ictimai-siyasi xadim olaraq Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafına verdiyi dəyərli töhfələr haqqında məlumat verilir. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual kitab sərgisində görkəmli ədibin filmoqrafiyası, təltif və mükafatları ilə bağlı məlumatlar da təqdim edilir.

Qeyd edək ki, kitabxanada açılan “Elçin Əfəndiyev” adlı ənənəvi sərgidə görkəmli dramaturqun həyat və fəaliyyətini, zəngin bədii yaradıcılığını əks etdirən, Azərbaycan və rus dillərində nəşr edilən 50-dən çox kitab nümayiş olunur.

Əvvəlki Yazı

Azərbaycan mina təmizləyəni İsverçrədə təlim keçir

Növbəti Yazı

Prezident İlham Əliyev Hicran Hüseynovanı “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.