Aprel 9, 2026-14:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gənclərin İnkişaf və Karyera Mərkəzinin infosessiyaları 2 mindən çox gənci əhatə edib

2026:04:09 - 12:01
in SOSİAL
A A

Bu ilin yanvar-mart ayları ərzində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını əhatə edən genişmiqyaslı infosessiyalar təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən fəaliyyətlər çərçivəsində ümumilikdə 20 şəhər və rayon üzrə, 40 təhsil müəssisəsində 2 mindən çox gənc əhatə edilib.

İnfosessiyaların əsas məqsədi gəncləri mövcud inkişaf və karyera imkanları barədə məlumatlandırmaq, onların şəxsi və peşəkar inkişafına dəstək olmaqdır. Görüşlər zamanı GİKM-in, eləcə də Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr və gənclər üçün təqdim etdiyi imkanlar barədə iştirakçılara ətraflı məlumat verilib.

Bununla yanaşı, GİKM tərəfindən hazırlanmış “Şəxsi inkişaf kitabçası” və “Karyera bələdçisi” əyani vəsaitləri infosessiya iştirakçılarına təqdim olunub. Qeyd olunub ki, vəsaitlər onların gələcək inkişaf yolunda faydalı resurslarla təmin olunmasına dəstək məqsədi daşıyır.

Bu ilin ilk üç ayı üzrə statistik göstəricilərə əsasən Bakı şəhərində keçirilən infosessiyalarda 300-ə yaxın gənc iştirak edib. Regionlar üzrə isə ümumilikdə 19 şəhər və rayonda 1800-dən çox gənc inofosessiyalarda iştirak edib.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən infosessiyaların Bakı və regionda yaşayan gənclər üçün il ərzində də davam etdirilməsi nəzərdə tutulur.

Əvvəlki Yazı

İlham Əliyev: Mina problemi Qarabağda bərpa və quruculuq işlərinin aparılmasını ləngidir

Növbəti Yazı

İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.