Livan Səhiyyə Nazirliyinin Fövqəladə Əməliyyatlar Mərkəzinin X-də dərc etdiyi hesabata görə, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin bombardmanları və artilleriya hücumları nəticəsində Livanda mülki vətəndaşların sayı 3961-dir.
“Təcavüz başlayandan indiyədək 3961 nəfər həlak olub, 16520 nəfər yaralanıb”, – hesabatda deyilir. Departamentin məlumatına görə, atəşkəsin qüvvəyə minməsindən son gün əvvəl, noyabrın 26-da İsrailin hücumları nəticəsində ölənlərin sayı 78 nəfər olub, 266 livanlı isə yaralanıb.
Noyabrın 27-də İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında saziş qüvvəyə minib. ABŞ prezidenti Co Bayden bəyan edib ki, İsraillə şiə təşkilatı Hizbullah arasında razılaşmalar 60 gün ərzində Livan ordusu və dövlət təhlükəsizlik qüvvələri tərəfindən respublika ərazisinə nəzarətin bərpasını nəzərdə tutur. Bundan sonra İsrail ordusu tədricən Livandan çəkiləcək. (Tass)