Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) məlumatına görə, noyabrın sonunda Suriyada gərginlik artdıqdan sonra bir milyondan çox suriyalı evlərini tərk etmək məcburiyyətində qalıb.
“Keçən ayın sonunda döyüşlərin şiddətləndiyi vaxtdan 1 milyondan çox suriyalı məcburi köçkün vəziyyətinə düşüb. Bir çox ailələr dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb. Böyük çətinliklər fonunda İHKM ehtiyacı olan insanlara mənzil və digər mühüm xidmətlər göstərmək üçün tərəfdaşlarla işləyir”, – mətbuat xidməti bildirir. (Tass)