Beynəlxalq ictimaiyyət Fələstinin radikal HƏMAS hərəkatının daha öz hərbi birləşmələrini yenidən qura bilməməsini və Qəzza zolağında hökmranlığı təmin etməlidir. Bu barədə TASS-a daxil olan “Yeddilik” (G7) ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin Münhendə keçirilən qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda deyilir.
“Onlar (G7 üzvləri ) HƏMAS-ı birmənalı şəkildə pislədiklərini və HƏMAS-ın öz hərbi mövqelərini bərpa etməməsini və [Qəzza zolağının] idarəçiliyində iştirak etməməsini təmin etmək zərurətini bir daha təkrarladılar. Onlar beynəlxalq hüquq normalarına uyğun olaraq İsrailin özünümüdafiə üçün ayrılmaz hüququnu tanıdılar”, – sənəddə qeyd olunur.
Xarici işlər nazirləri “İsrail və Fələstin arasında davamlı sülhün yaradılmasının vacibliyini vurğuladılar”. “Onlar bütün girovların azad edilməsi və Qəzzaya humanitar yardımın artırılması da daxil olmaqla, İsrail və HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşmasının tam şəkildə həyata keçirilməsini dəstəklədiklərini bir daha bəyan ediblər. G7 üzvləri Misir, Qətər və ABŞ-ın daimi atəşkəsə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyir”, – bəyanatda deyilir.