Yeddilik Qrupuna (G7) üzv ölkələr İsraili beynəlxalq hüquqa riayət etməyə və Qəzza zolağında fələstinlilərə qarşı mümkün pozuntu hadisələrini hərtərəfli araşdırmağa çağırıb. Bu barədə G7-nin xarici əlaqələr idarələrinin rəhbərlərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanatında deyilir.
“İsrail beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərə uyğun hərəkət etməli, insanlara insanlıq və ləyaqətlə yanaşmalı, Fələstinlilərə qarşı qanun pozuntularına dair etibarlı iddiaları hərtərəfli və şəffaf şəkildə araşdırmalı və Qəzzanın mülki əhalisinə qarşı hər hansı sui-istifadə və zorakılıq aktlarına görə cavabdehliyi təmin etməlidir”- mətndə qeyd edilir. (Tass)