Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirləri 2025-ci ildə Kanadada daha bir görüş keçirməyi planlaşdırır və bu görüş zamanı Ukrayna müzakirə olunacaq. Bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində Kanada Xarici İşlər Nazirliyinin rəhbəri Anita Anand bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn tədbirin təfərrüatları razılaşdırılmanın son mərhələsindədir. Bu, Anandın 24-25 iyun tarixlərində Haaqada keçirilən NATO sammiti çərçivəsində təşkil etdiyi xarici işlər nazirlərinin görüşünün davamı olmalıdır.
G7-nin 51-ci sammiti iyunun 15-dən 17-dək Kanadada keçirilib.Burada qrupun bütün ölkələrinin liderləri iştirak edirdi: Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya. ABŞ prezidenti Donald Tramp forumu erkən tərk edib. NHK-nın xatırlatdığı kimi, G7 ölkələrinin başçılarının iyun görüşü Ukrayna ilə bağlı birgə bəyanat qəbul edilmədən başa çatıb.