Rumıniya prezidentliyinə keçmiş namizəd Kalin Georgescu saatlarla sorğu-sualdan sonra Baş Prokurorluğun binasından çıxanda yüzlərlə tərəfdarı alqışlarla qarşılanıb. Agerpres agentliyinin verdiyi məlumata görə , toplaşanlarla danışan siyasətçi may ayında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını təsdiqləyib.
Prokurorlar Georgeskunu sərbəst buraxıblar lakin onu 60 gün müddətinə məhkəmə nəzarəti altında saxlayacaqlar. Onun Rumıniyadan çıxması, internetdən faşist, antisemitizm, irqçi və misantrop məzmunlu mesajlar yerləşdirmək üçün istifadə etmək və silah gəzdirmək qadağandır. Siyasətçiyə mütəmadi olaraq polis bölməsində və məhkəməyə çağırışla hakim qarşısına çıxmaq əmri verilir.
Georgesku və tərəfdarları iddia edirlər ki, prokurorlar onun çərşənbə günü qeydə almaq niyyətində olduğu namizədliyini əngəlləməyə çalışırlar. Müxalif “Rumınların Birləşməsi Alyansı” partiyasının lideri George Simion martın 1-də Buxarestdə kütləvi etiraz aksiyası keçirdiyini elan edib. (Tass)