Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin toksikoloji-kimyəvi müayinələr üzrə referens laboratoriyasındakı cihazın fəaliyyəti tam bərpa edilib.
Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, artıq laboratoriyada böyrək və sümük iliyi köçürülən şəxslərin müayinələri aparıla bilər.