Avqust 1, 2025-5:48
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Gömrükçülər hava nəqliyyatında yenidən qanunsuz brilyant qaşlar aşkarladı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700.60 karat brilyant qaşlar aşkarlanıb.