Goranboy rayonunun Tapqaraqoyunlu kəndidnə suvarma kanalı daşıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, suvarma kanalının daşması nəticəsində ümumilikdə 2 fərdi yaşayış evinə və 2 yardımçı tikiliyə, həmçinin bəzi həyətyanı sahələrə su dolub.
Hadisə yerinə rəsmi qurumların nümayəndələri cəlb olunublar.
Məlumat üçün bildirək ki, son günlər Gəncə və ətraf bölgələrdə yağışlı hava şəraiti müşahidə olunur.