Göygöldə evdən meyiti tapılan şəxsin polis əməkdaşı olduğu məlum olub – YENİLƏNİB
Göygöldə mühafizə polisinin əməkdaşı Elmir Nuriyev kirayə yaşadığı evdə vəfat edib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.
O, Göygöl rayon Mühafizə Polisində baş çavuş rütbəsi ilə xidmət edib.
Məlumata görə, E.Nuriyevin ürəyində problemlər olub.
Faktla bağlı araşdırma aparılır.