İyun 22, 2025-14:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Göygöldə III Milli Yaylaq Festivalı keçirilir

2024:07:05 - 17:00
in SOSİAL
A A

Göygöl rayonunda III Milli Yaylaq Festivalının açılışı olub.

“Report”un Göygölə ezam olunan əməkdaşı xəbər verir, açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov yaradılan şəraitlə tanış olub, qurulan guşələrə baş çəkib.

Məlumat verilib ki, Xan yaylağında üç gün davam edəcək festival çərçivəsində orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb.

Qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr mövcuddur.

Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda ölkəmizdən və xaricdən çoxsaylı qonaqlar iştirak edir.

Festival şərti olaraq üç – mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm hissədən ibarətdir.

Qeyd edək ki, festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl Rayon İcra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə gerçəkləşir.

Xatırladaq ki, ilk festival 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi isə 2022-ci ildə Göygöl rayonunda keçirilib.

Əvvəlki Yazı

Bloomberg: Aİ özəl olaraq Baydenin yenidən seçilməkdən imtina etməsini dəstəkləyir

Növbəti Yazı

İraqda İsveç vətəndaşı ölüm cəzasına məhkum edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.