ABŞ prezidenti Donald Tramp Ukraynada münaqişənin nizamlanması üçün verilən müddətlərin pozulacağı təqdirdə görüləcək tədbirlərlə bağlı heç bir məlumat açıqlamır. Razılaşmanın əldə edilməsi üçün ayrılan vaxtla bağlı Amerikanın mövqeyinin sərtləşməsinə baxmayaraq, ona məhəl qoymamağın nəticələri məsələsi açıq qalır, Britaniya qəzeti The Guardian yazır.
Qəzetin müxbiri Yakub Krupa yazıb: “Açıq qalan əsas sual, vaxt bitdikdə Trampın əslində nə edəcəyidir”.
Qeyd edək ki, daha əvvəl Tramp Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı razılaşmaların əldə edilməsi üçün təyin etdiyi müddəti 10-12 günə endirəcəyini bildirmişdi. (Tass)