Abxaziya prezidenti Badra Qunba ilk dəfə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak edəcək. Bu barədə TASS-a respublika prezidentinin mətbuat xidmətinin rəhbəri Alxas Çolokua məlumat verib.
“Badra Qunba iyunun 18-dən 21-dək keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək”, – Çolokua bildirib.
Badra Qunba 2025-ci ilin martında Abxaziya prezidenti seçilib. (Tass)