Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ümid etdiyini bildirib ki, 2024-cü ilin dekabrında respublika Aİ ilə münasibətlərin yeni mərhələsinə keçə və icmaya qoşulmaq üzrə danışıqlara başlaya biləcək.
“Bizim əsas məqsədimiz gələn ilin dekabrıdır, o zaman Avropa Şurası növbəti mərhələni, [Aİ-yə üzvlüklə bağlı] danışıqların başlanmasını müzakirə etmək imkanı əldə edəcək. Ona görə də mən hesab edirəm ki, bu, bizim öz işini qurmalı olduğumuz müddətdir. Növbəti mərhələyə keçmək üçün çalışıb və nəticə göstərmək üçün” – Papuaşvili Gürcüstanın “İmedi” telekanalına müsahibəsində bildirib.
Avropa Şurasının rəhbəri Çarlz Mişel dekabrın 14-də bildirib ki, Aİ ölkələri Ukrayna və Moldovanın icmaya qəbulu və Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər. (Tass)