Gürcüstan hakimiyyəti nəinki ABŞ-ın yeni administrasiyası ilə münasibətləri bərpa etməyə, hətta onları daha da dərinləşdirməyə hazırdır. Bu barədə jurnalistlərə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.
“Gürcüstan hökuməti dostluğa və tərəfdaşlığa hazırdır. Biz münasibətləri daha da dərinləşdirməyə, onları yenidən başlamağa hazırıq, bu, yeni [ABŞ] administrasiyasından gözlədiyimiz şeydir. ABŞ-la münasibətlər bizim üçün vacibdir. Bizim münasibətlərimiz heç kim üçün, nə bizim üçün, nə də onlar üçün qəbuledilməzdir”, – Kaladze deyib.
Siyasətçi bir daha xatırladıb ki, Gürcüstan suveren ölkədir və heç kimə ondan öz maraqları üçün istifadə etməyə imkan verməyəcək. “Biz həm Avropa, həm də ABŞ ilə dost olmaq və əməkdaşlıq etmək istəyirik. Biz dominant münasibət istəmirik, buna imkan verməyəcəyik, bu yanlışdır”, – Kaladze vurğulayıb.