Gürcüstan rəhbərliyinin nümayəndələri bu ölkəyə tərəfdaşlıq və yardım məsələlərini müzakirə etmək üçün ABŞ-a səfər etmək dəvətindən imtina ediblər. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan açıqlama verib.
“Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli rəsmilərini ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə hər hansı strateji tərəfdaşlıq və ABŞ yardımı məsələlərini müzakirə etməyə dəvət etdik, təəssüf ki, Gürcüstan tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu”. (Tass)