Gürcüstan hakimiyyəti mayın 13-14-də xarici agentlər haqqında qanun layihəsinə üçüncü oxunuşda baxılarkən Tbilisidə parlament binası yaxınlığında mitinqlərdə müəyyən radikal qrupların iğtişaşlar təşkil etmək planları barədə məlumatlara malikdir. Bu barədə respublikanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
“Bizdə etibarlı məlumat var ki, radikal müxalifətin təşkil etdiyi və xaricdən maliyyələşən gənclər qrupları sabah və o biri gün Gürcüstan parlamentinə və polisinə qarşı zorakılıq aksiyaları planlaşdırır”, – Kobaxidze deyib.
Gürcüstan hökumətinin başçısı müxalifəti də hədələyib ki, iğtişaşlar yaranarsa, hamı qanun çərçivəsində cavab verəcək. Eyni zamanda o, asayiş keşikçilərini maksimum təmkin nümayiş etdirməyə və Avropa standartından yüksək standartla hərəkət etməyə çağırıb. (Tass)