Gürcüstanda 2024-cü ildə bir sıra media qurumlarının nümayəndələri xarici kəşfiyyat xidmətlərinə məlumat ötürüb və maliyyə vəsaiti alıblar. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ötən il üzrə hesabatında deyilir.
“Ayrı-ayrı KİV nümayəndələri ilə xarici ölkələrin rəsmiləri və çox güman ki, xüsusi xidmət orqanlarının nümayəndələri arasında danışıqlar qeydə alınıb, onların maliyyə vəsaiti və göstərişləri kimdən alınıb, onları maraqlandıran məsələlərlə bağlı məlumat ötürülüb”, – məlumatda deyilir. (Tass)