Gürcüstan parlamentinin deputatları Mərkəzi Seçki Komissiyasının hazırkı rəhbəri Giorgi Kalandarişvilinin yenidən seçilməsinə səs veriblər. Səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.
76 səs kvorumla 85 deputat Kalandarişvilinin namizədliyinin lehinə, 16 deputat əleyhinə səs verib.
Fevralda Gürcüstan parlamenti seçki məcəlləsinə düzəlişlər qəbul edib, ona görə, deputatlar Mərkəzi Seçki Komissiyasının sədrini və üzvlərini 150 səsdən 76 səs əvəzinə 150 səsdən 90 səslə seçə bilərlər. Namizədlər 90 səsin dəstəyini ala bilməsələr, onlar yenidən səsə qoyulur, lakin bu dəfə parlamentarilərin sadə səs çoxluğunun dəstəyi tələb olunur, yəni 76. Parlament ikinci səsvermə zamanı məhz bu prinsip əsasında Kalandarişvilini 5 il müddətinə seçdi. (Tass)