Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir. Bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti kəsilib. Etirazçılar iki aydan çoxdur ki, toplaşır. Eyni zamanda, aksiya Batumidə də keçirilir, onun iştirakçıları da təkrar parlament seçkilərinin keçirilməsini və son iki ayda saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər. (Tass)