Avropalı siyasətçilər Gürcüstanın müxalifət partiyası olan “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri ilə birlikdə Gürcüstan hakimiyyətindən Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi, habelə muzdluların Ukraynaya mütəşəkkil şəkildə göndərilməsini tələb ediblər. Bu barədə jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
Milli Hərəkat və müxalifət bizə dedi ki, biz sanksiyalar tətbiq etməliydik, amma “Gürcü arzusu” (hakim partiya – ) “yox” dedi, çünki bu, müharibəyə cəlb olunmağa bərabər olacaq. Milli Hərəkatla birlikdə əcnəbilər bizə dedilər ki, biz sanksiya tətbiq etməliydik, muzdluları [Ukraynaya] göndərməliydik və s. Bunu avropalılar da bizə dedilər”, – Papuaşvili bildirib. (Tass)