Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, Amerika tərəfinin Luqar laboratoriyasını maliyyələşdirməsini dayandırması xarici agentlər haqqında qanunu qəbul edən Gürcüstan hökumətinin xəyanətinin nəticəsidir.
“Ölkənin demoqrafik göstəricisinin fəlakətli həddə düşdüyü, yüz minlərlə insanın ölkəni tərk etdiyi bir vaxtda Amerika ilə belə mühüm əlaqələrin kəsilməsi birbaşa xəyanətdir”, Zurabişvili Facebook sosial şəbəkədəki səhifəsində yazıb. Zurabişvilinin sözlərinə görə, çətin vaxtlarda ABŞ Gürcüstanı pulsuz dərmanlar, peyvəndlər və avadanlıqla təmin edib, bunun sayəsində bir çox sakinlər hepatit C, QİÇS, donuz qripi və Covid-dən sağalıb. (Tass)