Gürcüstan və Rusiya diplomatik əlaqələri bərpa etməli və münasibətlərin yeni səviyyəsinə keçməlidir. Bu barədə Sülh Naminə Həmrəylik Partiyasının beynəlxalq katibi Mamuka Pipia Sputnik.Georgia -ya müsahibəsində bildirib.
“Çox çətin geosiyasi vəziyyəti nəzərə alaraq, biz ayıq olmalı, müttəfiqlər və dostlar axtarmalıyıq. Çünki dünənki dostlar artıq dost deyil, dünənki düşmənlər isə dost ola bilər. Ona görə də biz tez hərəkət etməliyik. Çox çətin bir bölgə və bütövlükdə dünyada çox çətin vəziyyət”, – deyə o vurğulayıb.
Gürcüstan Rusiya ilə diplomatik əlaqələri 2008-ci il sentyabrın 3-də kəsib. Hazırda bütün konsulluq və digər diplomatik xidmətlər xüsusi bölmələrin olduğu İsveçrə səfirliklərində həyata keçirilir.
Diplomatik əlaqələrin olmamasına baxmayaraq, ölkələr arasında birbaşa hava və quru əlaqəsi mövcuddur; Rusiya və Gürcüstan vətəndaşları sərbəst şəkildə iki ölkənin ərazisinə gələ və orada bir il qala bilərlər. (Qazeta.ru)