Gürcüstan hakimiyyəti Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına dair razılaşmanı alqışlayır. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Gürcüstan sərhədin delimitasiyası prosesinin başlanmasına dair Azərbaycan-Ermənistan Sərhəd Komissiyasının əldə etdiyi razılaşmanı alqışlayır və Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu arasında sülh və etimadın qurulması prosesinə töhfə vermək üçün möhkəm öhdəliyini təsdiqləyir. ”, – departamentin X (keçmiş Twitter) səhifəsində dərc olunan mesajda deyilir. (Tass)