Gürcüstanın Baş Prokurorluğu müxalifətdəki “Lelo” partiyasının lideri Mamuka Xazaradzeni parlament seçkilərinin mümkün saxtalaşdırılması işi üzrə şahid qismində dindirilməyə çağırıb.
“Məni Baş Prokurorluqdan çağırdılar, şahid kimi dindirməyə çağırırlar, mən seçki saxtakarlığı ilə bağlı sübutlarla gedəcəm, görək Bidzinanın (hakim Gürcü Arzusu – Demokrat Partiyasının) tabeliyində olan prokurorluq necə işləyir.
Gürcüstanın müxalif “Mtavari Arxi” telekanalı müxalif “Qirçi” partiyasının lideri Zurab Caparidzenin də ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib. Lakin onun istintaq orqanı qarşısına çıxıb-çıxmayacağı hələlik məlum deyil.
Bazar ertəsi məlum olub ki, “Gürcüstan Naminə Qaxariya” müxalifət partiyasının liderlərindən biri Natia Mezvrişvili də dindirilməyə çağırılıb. O, prokurorluğa, lakin məhkəməyə ifadə verəcəyini bildirib. (Tass)