Gürcüstan parlamentində altıncı prezident seçkiləri başlayıb. Səsverməni Gürcüstan İctimai Yayımının Birinci Kanalı yayımlayır.
İlk dəfədir ki, prezident birbaşa ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclası ilə seçilir. Onun tərkibinə Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Ali Sovetinin 21 deputatı, Abxaziya Ali Sovetinin 20 nümayəndəsi və ölkənin müxtəlif bölgələrinin rayon sakrebulo-bələdiyyə orqanlarının 109 deputatı daxildir.
Parlamentin işini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Müxalifət də prezidentliyə namizədini təqdim etməyib.
Belə ki, Gürcüstan prezidenti postuna yeganə namizəd hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasının namizədi, keçmiş parlament üzvü, keçmiş futbolçu Mixail Kavelaşvilidir. (Tass)