Gürcüstan cəmiyyəti qeyri-hökumət təşkilatlarının (QHT-lərin) maliyyələşdirilməsinin şəffaflığı barədə məlumat tələb edir, xarici agentlər haqqında qanunun alternativi yoxdur. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Gürcüstan cəmiyyəti QHT-lərin şəffaflığını dəstəkləyir”.
Aprelin 17-də Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda Gürcüstan prezidenti Salome Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etirazına səbəb olan xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib. Bazar ertəsindən müxalifət və vətəndaş fəalları Tbilisidə qanun layihəsinə qarşı mitinqlər keçirirlər. Etirazlar bəzən polislə toqquşmaya çevrilir. Hüquq-mühafizə orqanları etirazçıları saxlayır. (Tass