Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.
“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə ekzistensial təhdidlərə və müxtəlif xəyanətlərə, o cümlədən Gürcüstanın ən yaxın tarixinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verib Müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”, – deyə Kobaxidze Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Baş nazirin vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq xüsusilə vacibdir. “Bu gün biz həmişəkindən daha çox bir-birimizə qayğı göstərməli və nifrətə qalib gəlməliyik, çünki düşmənçiliyin məhv etdiyi şeyi yalnız sevgi ilə qura bilərik” deyib.
Öz növbəsində, hərbçilər və Gürcüstan rəhbərliyinin nümayəndələri qarşısında çıxış edən Zurabişvili ölkə hakimiyyətinin hərəkətlərini tənqid edib. O, bir daha təkrar edib ki, oktyabrda keçiriləcək parlament seçkiləri ölkənin kursunu müəyyən edəcək – avropalı, yoxsa rusiyapərəst olduğunu. (Tass)