Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici agentlər haqqında” qanun respublikanın Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq şansını xeyli artırıb.
Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
“Bu qanun [xarici agentlər haqqında], əksinə, danışıqların açıq olması şansını xeyli artırıb”, – Kobaxidze bildirib. Hökumət başçısı əlavə edib ki, bu gün Gürcüstan Aİ-yə üzv olmaq üçün digər namizədlərdən “daha öndədir”. (Tass)