Oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Gürcüstan prezidenti Salome Zurabişvili və bütün müxalifət prokurorluğa ifadə verməli və faktları təqdim etməlidir, əks halda yalan danışdıqları üzə çıxacaq. Bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
“Əgər kiminsə (Zurabişvilinin və müxalifətin – TASS-ın qeydi) hər hansı sübutu varsa, onu hökumətin müvafiq idarələrinə təqdim etməlidirlər. Görürsünüz ki, onlar açıq şəkildə bir dənə də olsun sübut təqdim etməyiblər. İndi onlar prokurorluğa getməli olacaqlar. Əgər sübutlar işə yaramasa, bu, onların seçkilərlə bağlı yalan ifadələr verdiyinə sübut olacaq”, – Kobaxidze bildirib.
Gürcüstan hökumətinin başçısı Zurabişvilini prokurorluğa ifadə verməyə və seçki saxtakarlığı ilə bağlı şifahi açıqlamaları dayandırmağa çağırıb. “İstər Salome Zurabişvili, istərsə də başqası, əllərində konkret sübutlar varsa, onu prokurorluğa və aidiyyatı qurumlara təqdim etsinlər, təbiətdə olmayan bir şey haqqında şifahi danışmağı dayandırsınlar ” deyə yekunlaşdırıb. (Tass)